"Mobil Group" şirkətinin Direktoru Vüsal Xəlilovun Banker.az saytına müsahibəsi

Mobil Group şirkətinin fəaliyyəti nədən ibarətdir?

Mobil Group hazırda üç şirkətdən ibarətdir: Mobil Broker, Mobil Logistics, Mobex. Mobil Broker Gömrük brokeri fəaliyyəti üzrə xidmət göstərir. Vətəndaşlar və Sahibkarlara idxal və ixrac zamanı bütün gömrükləmə işlərində yaxından dəstək olur. Tam Gömrük Təmsilçiliyi xidməti ilə quru, dəniz, hava yolu ilə ölkəyə gətirilən və yaxud xaricə daşınan istənilən növ yüklərin gömrük rəsmiləşməsində kompleks xidmət göstəririk. Sahibkarların xidmətimizdən yararlanmaları üçün olduqları yeri tərk etmədən bizə onlayn müraciət etməkləri kifayətdir.

Mobil Logistics Beynəlxalq yük daşıma şirkətidir. Bütün növ yüklərin daşınması imkanı olan şirkət  avtonəqliyyat, gəmi, hava nəqliyyatı və dəmir yolu nəqliyyatı ilə yüklərin daşınması üzrə ixtisaslaşmışdır. Logistika istiqamətində bizim üçün prioritet mövzu etibarlı və təhlükəsiz yük daşımadır. Bütün şirkətlərimizdə, eyni zamanda Mobil Logistics şirkətində də  ödənişsiz konsultasiya xidməti göstərilir. Xidmətimizdən istifadə edib etməsindən asılı olmayaraq müraciət edən hər kəsə yüklərinin daşınmasında ən doğru nəqliyyat yolunun  təyin edilməsi və digər yükdaşıma predmetlərində tam məlumat verilir.

Mobex hava yolu ilə sürətli poçt daşıma şirkətidir. Çin və Türkiyədən bağlamaların sürətli və təhlükəsiz çatdırılması ilə məşğuldur. Yaxın gələcəkdə ABŞ –dan poçt daşımalarının həyata keçirilməsi planlaşdırılır. Bundan başqa Çin və Türkiyədə öz anbarlarımızın olması fasiləsiz iş prosesini təmin edir. Həmçinin müştərilərimiz sifarişi özü etmək imkanına sahibdir. Hazırda iki filial ilə müştərilərə xidmət göstəririk: Nizami metro stansiyası və Həzi Aslanov metro stansiyası yaxınlığında olan filiallarımız. Yaxın gələcəkdə müştərilərin sifarişlərini əldə etmələri üçün filial saylarını genişləndirməyi planlaşdırırıq.

Gömrük brokeri kimdir və Tam Gömrük Təmsilçiliyi deyərkən nə başa düşülməlidir?

Gömrük brokeri malların və nəqliyyat vasitələrinin gömrük ərazisinə gətirilməsi, bu ərazidən aparılması, yaxud tranziti ilə əlaqədar olaraq dolayı gömrük təmsilçiliyini həyata keçirən hüquqi şəxsdir. Gömrük nəzarəti və gömrük rəsmiləşdirilməsi həyata keçirilərkən, gömrük brokeri malları gömrük sərhədindən müstəqil keçirən şəxsin bütün vəzifələrini yerinə yetirir və onun kimi məsuliyyət daşıyır. Rəsmiləşdirilmə zamanı etibarnamə və bağlanan mülki hüquqi müqavilə əsasında müştərinin hüquq və öhdəliklərini gömrük təmsilçisi üstlənir. Bu zaman müştəri gömrük məntəqələrinə getmədən, müştərinin adından bütün gömrük əməliyyatları həyata keçirilir. Nəticədə müştəri vaxtına qənaət etmiş olur. Sadə dillə desək müştərinin bizə onlayn olaraq etibarnamə təqdim etməsi ilə bütün gömrük işlərini onların əvəzindən və onların lehinə həll edirik.

Tam gömrük təmsilçiliyi adından da bəlli olduğu kimi bütün gömrük rəsmiləşdirilməsi  prosedurunda  kompleks təmsilçilik xidmətidir. Gömrük Brokeri xidmətində yalnız bir deyil bir neçə xidmətin göstərilməsidir.  Tam gömrük təmsilçiliyinə dair Mobil Broker istənilən gömrük proseduru ilə bağlı limitsiz konsultasiya edir, mallar və ya nəqliyyat vasitələri üçün müvafiq dövlət orqanlarından icazə sənədlərinin alınmasını təşkil edir,bütün növ gömrük bəyannamələrinin hazırlanması və digər gömrük rəsmiləşdirilməsinə aid işlərin icrasını həyata keçirir. Bütün bu prosedurlarda əlbətdəki prearitet mövzumuz işlərin sahibkarların lehinə və onların mənafeyinə həll olunmasıdır.

Qeyd etdiniz ki bütün fəaliyyət istiqamətləriniz üzrə ödənişsiz konsultasiya xidməti təklif edirsiniz. Bu xidmətin müraciət edənlər üçün hansı faydaları vardır?

Ümumilikdə bizim Şirkət olaraq mövqeyimiz gömrük əməliyyatlarında SAHİBKARIN DOSTU olmaqdır. Bu mövqedən yola çıxaraq  özümüzə maarifləndirici şirkət mövqeyi təyin etmişik. Ödənişsiz konsultasiya da bu mövqedən irəli gələn fəaliyyətin tərkib hissəsidir. Ödənişsiz konsultasiya vasitəsi ilə sahibkarlar öncədən həyata keçirmək istədikləri idxal və ya ixrac əməliyyatı üzrə bütün növ gömrük rəsmiləşdirilməsi və beynəlxalq yükdaşıma işləri haqqında ətraflı məlumatlandırılırlar. Müraciət mövzusundan asılı olaraq optimal həllər təklif olunur. Bu onları əlavə vaxt itkisi və xərclərdən sığortalamış olur. Bir daha qeyd edim ki ödənişsiz konsultasiya xidməti müştərimiz olub olmamasından asılı olmayaraq bütün sahibkarlar üçündür. Eyni zamanda şirkətə aid saytlarda və sosial media hesablarında vətəndaşların xidmətlərimizə dair məlumatlanmaları üçün, ümumilikdə gömrük rəsmiləşdirilməsi və beynəlxalq yük daşıma sahələrində maariflənmələri üçün bir neçə bölümlərin mövcuddur.

Eyni zamanda Logistika xidməti göstərməniz müştərilərə hansı imkanları yaradır?

Hər iki istiqamət üzrə xidmət göstərməmizin sahibkarlar üçün bir neçə faydalılığı vardır. Bilirik ki broker və logistika fəaliyyətinin hər ikisi idxal və ixrac prosesinin mərhələləridir. Yüklər daşındıqdan sonra onların Gömrük Orqanı Xidmətlərində rəsmiləşdirilməsi lazımdır. Bunun üçün Sahibkarlar əsasən ayrı ayrılıqda həm broker şirkətlərinin həm də logistika şirkətlərinə müraciət edirlər. Hər iki xidmət üzrə ayrı şirkətlə əməkdaşlıq etmələri onlar üçün əlavə zaman, enerji və xərc itkisi deməkdir. Belə bir halda Biz Mobil Broker və Mobil Logistics olaraq onlara kompleks xidmət təklif edirik.  Bizə müraciət etmələri ilə idxal və ixrac zamanı həm yükdaşıma həm də gömrük rəsmiləşdirilməsi üzrə birgə xidmət almış olurlar. Bu eyni zamanda sahibkarların gərgin iş proseslərində rahatlığını təmin etmək üçündür. Nəticədə sahibkarın dostu olaraq mövqeyimizi bir daha təsbit etmiş oluruq.

Tam gömrük təmsilçiliyi deyərkən müsahibəni oxuyan sahibkar və iş adamlarımız bu təmsilçiliyin ilk mərhələdən sona qədər necə olduğunu anlamalıdırlar?

Tam gömrük təmsilçiliyinə bir neçə toplu xidmət növləri daxildir. Bunlara əsasən Gömrük rüsumu və ödənişlərin əvvəlcədən hesablanması,  Sertifikatların və xüsusi icazələrin alınması, XİF MN (xarici iqtisadi fəaliyyətin mal nomenklaturu) kodların müəyyən olunması, Nəqliyyat sənədlərinin tərtibi (CMR, TIR CARNET, GƏMİ QAİMƏSİ), Müvəqqəti saxlanc xüsusi gömrük prosedurunda yüklərin anbara daşınması və saxlanması, Ölkədaxili yüklərin sifarişçisinin ünvanına çatdırılması, Ödənişsiz konsaltinq xidməti  və sair daxildir.

Misal üçün Tam gömrük təmsilçiliyi üzrə bizə müraciət edən sahibkarın idxal və ixrac zamanı ona aid yükün gömrük rüsumu və ödənişləri tərəfimizdən hesablanır, yükün kateqoriyasına əsasən əgər ehtiyyac olarsa sertifikat və xüsusi icazələri alınır, yükə aid kodlar müəyyənləşdirilir, nəqliyyat sənədləri tərtib edilir, müvəqqəti saxlanc üçün yükün anbara daşınması və saxlanılması və sonda yükün ölkə daxilində ünvana çatdırılması təşkil edilir. Əməliyyata başlamazdan öncə isə sahibkara bütün prosedur qaydaları və ödənişləri haqqında ödənişsiz konsultasiya edilir.

Paylaşın:

Sürətli logistika xidməti